ÇL: Həftənin ən yaxşısı bəlli olub
22.01.2026 - 19:15
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu ada İspaniyanın “Real Madrid” klubunun üzvü Vinisius Junior layiq görülüb.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Braziliyalı vinger səsvermədə Robert Navarronu (“Atletik Bilbao”, İspaniya), Fermin Lopesi (“Barselona”, İspaniya) və Luis Suaresi (“Sportinq”, Portuqaliya) qabaqlayıb.
Qeyd edək ki, Vinisius Junior Fransanın “Monako” klubuna qarşı 6:1 hesabı ilə qalib gəldikləri oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0