ÇL: “Qarabağ” “Şkendiya”ya qarşı - YENİLƏNİR
05.08.2025 - 09:15
ÇL: “Qarabağ” “Şkendiya”ya qarşı - YENİLƏNİR

Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, Qurban Qurbanovun kollektivi III təsnifat mərhələsində ilk matçını səfərdə keçirəcək.

"Köhlən atlar" Şimali Makedoniyada "Şkendiya" ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun


22:00. “Şkendiya” (Şimali Makedoniya) – “Qarabağ” (Azərbaycan)