DÇ-2022: 12 ildən sonra ilk qələbə
26.11.2022 - 16:24
DÇ-2022: 12 ildən sonra ilk qələbə

Avstraliya yığması son 12 ildə dünya çempionatında ilk qələbəsini qazanb.

Apasport.az saytının məlumatına görə, bu, Qətərdə təşkil olunan DÇ-2022-nin qrup mərhələsinin II turunda Tunislə görüşdə (1:0) baş verib.

Komanda buna qədər axırıncı dəfə DÇ-2010-un qrupunun III turunda Serbiyaya qalib gəlmişdi (2:1). Avstraliya həmin qarşılaşmadan bəri mundiallardakı ardıcıl 7 matçda qalib gələ bilməyib - 6 məğlubiyyət, 1 heç-heçə.

Avstraliya yığması həm də dünya çempionatları tarixində 3-cü qalibiyyətinə sevinib. Bu komanda ilk dəfə 2006-cı ildəki mundialda Yaponiyanı (3:1) məğlub edib.

Qeyd edək ki, Qrem Arnoldun yetirmələri qrupda son oyununu noyabrın 30-da Danimarkaya qarşı keçirəcək.

0