DÇ-2022: Ançelotti kimə azarkeşlik edəcəyini açıqladı
11.11.2022 - 15:25
DÇ-2022: Ançelotti kimə azarkeşlik edəcəyini açıqladı

“Real”ın baş məşqçisi Karlo Ançelottinin DÇ-2022-də kimə azarkeşlik edəcəyi bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu italiyalı mütəxəssisin özü açıqlayıb.

Öz ölkəsinin yığması mundiala qatılmadığından onun seçimi maraqlı olub: “Əlbəttə, dünya çempionatının oyunlarına baxacam. Azarkeşlik edəcəyim komandalar Braziliya, Xorvatiya, İspaniya, Fransa, Uruqvay və Almaniya… Mən öz oyunçularıma azarkeşlik edəcəyəm”.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.
 

0