Dünya çempionatı üçün Qətərdə olan Qana millisinin futbolçuları və bütün heyəti bomba şübhəsi ilə məskunlaşdığı oteldən təxliyə edilib.
Apasport.az saytının məlumatına görə, hadisə dünən günorta saatlarında baş verib.
Dohadakı oteldə həyəcan siqnalı işə düşüb ki, bu, bütün sakinlərin təxliyəsinə səbəb olub. Qətər yanğınsöndürmə xidmətinin ekipajı həyəcan siqnalı ilə əlaqədar dərhal otelə gəlib. Hətta mühafizə itləri də hadisə yerinə cəlb olunub. Təxminən 45 dəqiqəlik yoxlamadan sonra hər şeyin təhlükəsiz olduğu bildirilib və bütün sakinlər otelə qayıdıb.
Qeyd edək ki, Qana yığması DÇ-2022-də ilk oyununu noyabrın 24-də Portuqaliyaya qarşı keçirəcək.
- A millinin Malta və San Marino ilə oyunlarının hakim təyinatları bəlli oldu
- Azərbaycan – Macarıstan: Açıq məşq və mətbuat konfransı
- Azərbaycan - Malta: Açıq məşq və mətbuat konfransı
- Futzal üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün reqlamenti müəyyənləşib
- Yuxusuz gecələr başlayır: Dünya çempionatında kim favoritdir?