DÇ-2022-də pivə QADAĞASI
18.11.2022 - 16:02
DÇ-2022-də pivə QADAĞASI

Qətərdə keçirilən DÇ-2022-də pivə satışına qadağa qoyulub.

Apasport.az saytının məlumatına görə, bunu FİFA-nın mətbuat xidməti açıqlayıb.

Yarışa ev sahibliyi qətərlilərlə danışıqlardan sonra belə qərar verilib. Oyunların keçiriləcəyi 8 stadionun heç birində alkoqollu içki satılmayacaq. Bu içkilər yalnız azarkeş festivalı və digər fan-zonalarda almaq mümkün olacaq.

Qeyd edək ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.

0