DÇ-2022: Əlçatmaz rekord
17.11.2022 - 11:51
DÇ-2022: Əlçatmaz rekord

DÇ-2022-nin startı ərəfəsində mundiallarda daha çox iştirak edən baş məşqçilərin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, İFFHS-in cədvəlinə Karlos Alberto Parreyra başçılıq edir.

Braziliyalı mütəxəssis 6 dünya çempionatında iş başında olub. O, 5 fərqli yığma ilə mundiala qatılıb. Bu komandalar Küveyt (1982), BƏƏ (1990), Braziliya (1994, 2006), Səudiyyə Ərəbistanı (1998) və CAR (2010) yığmalarıdır.

Bora Milutinoviç 5 dünya çempionatına eyni sayda fərqli komandalarla çıxıb. Meksika vətəndaşı olan sabiq yuqoslaviyalı Meksika (1986), Kosta-Rika (1990), ABŞ (1994), Nigeriya (1998) və Çin (2002) millilərinə başçılıq edib.

Almaniyalılar Zepp Herberger və Helmut Şon, ingiltərəli Valter Vinterbottom, macarıstanlı Layoş Baroti, fransalı Anri Mişel və uruqvaylı Oskar Tabarez hərəsi 4 dünya çempionatında iş başında olub. Mişel fərqli komandalarla (Fransa, Kamerun, Mərakeş, Fil Dişi Sahili), digərləri isə öz ölkələri ilə buna nail olub.

Qeyd edək ki, DÇ-2022 üç gündən sonra Qətərdə start götürəcək.

0