Qətərdə keçiriləcək dünya çempionatını zədə səbəbindən buraxacaq futbolçulardan ibarət “11-lik” açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıda müxtəlif millilərin üzvləri yer alıb.
4-3-3 sxeminə uyğun qurulan rəmzi komandaya Braziliya və Fransa yığmasından kənarda qalan 2 oyunçu düşüb.
Qapıçı: Maksim Krepo (Kanada);
Müdafiəçilər: Serxi Roberto (İspaniya), Dieqo Karlos (Braziliya), Ronald Arauxo (Uruqvay), Ben Kiluell (İngiltərə);
Yarımmüdafiəçilər: Corcinyo Veynaldum (Niderland), Nqolo Kante, Pol Poqba (hər ikisi Fransa);
Hücumçular: Filipp Koutinyo (Braziliya), Timo Verner (Almaniya), Dioqo Jota (Portuqaliya).
Adları sadalananlarla yanaşı, Yuta Nakayama (Yaponiya), Joao Roxas (Ekvador), Tarik Tissudali (Mərakeş) və Mauro Arambarri (Uruqvay) də zədə ucbatından mundiala yollanmayacaq. Həmçinin Riis Ceyms (İngiltərə), Xesus Korona (Meksika), Covanni Lo Selso (Argentina), Dieqo Qodin (Uruqvay), Mikel Oyarzabal (İspaniya), Sadio Mane (Seneqal) kimi oyunçuların da durumu qeyri-müəyyəndir.
Qeyd edək ki, Qətərdə keçiriləcək DÇ-2022 noyabrın 20-də start götürəcək.
- A millinin Malta və San Marino ilə oyunlarının hakim təyinatları bəlli oldu
- Azərbaycan – Macarıstan: Açıq məşq və mətbuat konfransı
- Azərbaycan - Malta: Açıq məşq və mətbuat konfransı
- Futzal üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün reqlamenti müəyyənləşib
- Yuxusuz gecələr başlayır: Dünya çempionatında kim favoritdir?