DÇ-2022: Kim şanslıdır?
20.11.2022 - 13:28
DÇ-2022: Kim şanslıdır?

DÇ-2022-nin favoritləri bəlli olub.

Apasport.az saytının məlumatına görə, Qətərdəki mundial öncəsi bukmeker kontorları komandaların çempionluq şanslarını dəyərləndirib.

Braziliyanın qalib olmaq ehtimalı daha yüksək hesab edilir. “Pentakampeonlar”ın əmsalı 5,00-a bərabərdir. Argentina ikinci, son dünya çempionu Fransa üçüncüdür. 

Ən şanssız yığma isə Kosta-Rika sayılır. Bu komandanın çempionluq əmsalı 1000-lə qiymətləndirilir.

Braziliya – 5,00
Argentina – 6,50
Fransa – 7,50
İngiltərə - 9,00
İspaniya – 10,0
Almaniya – 11,0 
Niderland – 15,0
Portuqaliya – 16,0
Belçika – 17,0
Danimarka – 30,0
Uruqvay – 50,0
Xorvatiya – 60,0
İsveçrə - 90,0
ABŞ – 100
Seneqal – 125
Polşa – 130
Meksika – 140
Serbiya – 140
Uels – 150
Ekvador – 250
Yaponiya – 350
Qana – 400
Kamerun – 400
Mərakeş – 400
Cənubi Koreya – 400
Kanada – 500
Qətər – 500
Avstraliya – 600
Tunis – 600
İran – 800
Səudiyyə Ərəbistanı – 800
Kosta-Rika – 1000

Qeyd edək ki, noyabrın 20-də start götürəcək DÇ-2022-nin qalibi dekabrın 18-də dəqiqləşəcək.

0