Almaniya Futbol Assosiasiyası (DFB) millinin kapitanı Manuel Noyerin cəzalandırılmasından ehtiyatlanır.
Apasport.az saytının məlumatına görə, buna səbəb qapıçının dünya çempionatında “One Love” kapitanlıq sarğısında meydana çıxmaq niyyətində olmasıdır.
Assosiasiya sarğı məsələsində FIFA ilə anlaşmadığı üçün hakimlərin reqlamentə uyğun olaraq Noyerə Yaponiya ilə ilk oyundan (23 noyabr) əvvəl sarı vərəqə verməsindən qorxur. İkinci sarı isə 36 yaşlı qolkiperin bir oyunluq diskvalifikasiyasına səbəb ola bilər.
Qeyd edək ki, bir çox komandalar ayrı-seçkiliyə etiraz əlaməti olaraq “One Love” kapitanlıq sarğısından istifadə etmək niyyətindədir. FIFA-nın həmin yığmaları cərimələyəcəyi bildirilir.
- A millinin Malta və San Marino ilə oyunlarının hakim təyinatları bəlli oldu
- Azərbaycan – Macarıstan: Açıq məşq və mətbuat konfransı
- Azərbaycan - Malta: Açıq məşq və mətbuat konfransı
- Futzal üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün reqlamenti müəyyənləşib
- Yuxusuz gecələr başlayır: Dünya çempionatında kim favoritdir?