DÇ-2022-nin ən ödənişli məşqçiləri - SİYAHI
16.11.2022 - 14:35
DÇ-2022-nin ən ödənişli məşqçiləri - SİYAHI

DÇ-2022-nin ən çox maaş alan baş məşqçiləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, mundialın ən yüksək ödənişli çalışdırıcısı Hans-Diter Flikdir.

Almaniya millisinin baş məşqçisi ildə 6,5 milyon avro alır. İlk “üçlük”də yalnız avropalılardır. Qaret Sautqeyt ikinci, Didye Deşam üçüncüdür.

Ən az maaş isə Tunis yığmasının baş məşqçisindədir. Calel Kadri ildə 130 min avro qazanır. Bu az qala Flikin bir həftəlik maaşına (125 min) bərabərdir.

1. Hans-Diter Flik (Almaniya) – 6 milyon 500 min avro
2. Qaret Sautqeyt (İngiltərə) – 5 milyon 800 min avro
3. Didye Deşam (Fransa) – 3 milyon 800 min avro
4. Tite (Braziliya) – 3 milyon 600 min avro
5. Lui van Qal (Niderland) – 2 milyon 900 min avro
6. Xerardo Martino (Maksika) – 2 milyon 900 min avro
7. Lionel Skaloni (Argentina) – 2 milyon 600 min avro
8. Feliks Sançes Bas (Qətər) – 2 milyon 400 min avro
9. Fernandu Santuş (Portuqaliya) – 2 milyon 250 min avro
10. Murat Yakin (İsveçrə) – 1 milyon 600 min avro

0