DÇ-2022-nin favoritləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, “Guardian” nəşri bu il Qətərdə keçiriləcək dünya çempionatını qazanmağa ən real namizədləri açıqlayıb.
Reytinqə Argentina millisi başçılıq edir. Lionel Skaloninin kollektivinin seçmə mərhələdə məğlub olmaması və yaxşı forma yığması araşdırma zamanı seçimə öz təsirini göstərib. Lionel Messinin liderlik etdiyi Argentinanı Cənubi Amerikanın digər nümayəndəsi Braziliya izləyib. İlk “10-luğ”un digər sakinləri isə Avropa komandalarıdır.
Afrikadan ən yüksək reytinqə malik olan Seneqal favoritlər sırasında 11-ci pillədədir.
1. Argentina
2. Braziliya
3. İspaniya
4. Niderland
5. Almaniya
6. Fransa
7. Danimarka
8. Belçika
9. Portuqaliya
10. İngiltərə
Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.
- A millinin Malta və San Marino ilə oyunlarının hakim təyinatları bəlli oldu
- Azərbaycan – Macarıstan: Açıq məşq və mətbuat konfransı
- Azərbaycan - Malta: Açıq məşq və mətbuat konfransı
- Futzal üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün reqlamenti müəyyənləşib
- Yuxusuz gecələr başlayır: Dünya çempionatında kim favoritdir?