Qətərdə keçirilən dünya çempionatının Belçika - Mərakeş oyununda qəribə hadisə yaşanıb.
Apasport.az saytı xəbər verir ki, afrikalıların heyətində matça qapıçı kimi Yassin Bunu çıxıb.
Açılış hissəsində komanda himni oxunarkən də 31 yaşlı qolkiper kadra düşüb.
Lakin bir neçə dəqiqə sonra Mərakeşin qapısında artıq Munir Mohamedi görünüb. Matçın rəsmi protokolunda isə heç bir əvəzetmə baş verməyib.
Ərəb mediasının yazdığına görə, himnlər səsləndirilən sonra Bunu tibbi personalla danışıb və təcili şəkildə əvəzlənib. "Çərçivə qoruyucusu"nun başı hərləndiyini bildirilib.
Qeyd edək ki, Mərakeş yığması Belçikanı 2:0 hesabı ilə məğlub edib.
- A millinin Malta və San Marino ilə oyunlarının hakim təyinatları bəlli oldu
- Azərbaycan – Macarıstan: Açıq məşq və mətbuat konfransı
- Azərbaycan - Malta: Açıq məşq və mətbuat konfransı
- Futzal üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün reqlamenti müəyyənləşib
- Yuxusuz gecələr başlayır: Dünya çempionatında kim favoritdir?