DÇ-2022: Qətərdə yanğın baş verdi
26.11.2022 - 16:45
Dünya çempionatının oyunlarının keçirildiyi Qətərin Lusail şəhərində yanğın baş verib.
Apasport.az saytının məlumatına görə, ölkə hakimiyyəti tikilməkdə olan binanın alovlandığını açıqlayıb.
Mülki müdafiə qüvvələri yanğını söndürüb, itki yoxdur. Hadisənin baş verdiyi yerin adı açıqlanmayıb. Yerli mətbuatın yaydığı xəbərə əsasən, yanğın DÇ-2022-nin qonaqlarının məskunlaşdığı “kənd” yaxınlığında olub.
Qeyd edək ki, Lusaildəki stadionda final da daxil olmaqla dünya çempionatınin 10 görüşünün keçirilməsi nəzərdə tutulub.
- A millinin Malta və San Marino ilə oyunlarının hakim təyinatları bəlli oldu
- Azərbaycan – Macarıstan: Açıq məşq və mətbuat konfransı
- Azərbaycan - Malta: Açıq məşq və mətbuat konfransı
- Futzal üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün reqlamenti müəyyənləşib
- Yuxusuz gecələr başlayır: Dünya çempionatında kim favoritdir?
0
0