DÇ-2022: Rudigerin FAVORİTİ
13.11.2022 - 22:02
DÇ-2022: Rudigerin FAVORİTİ

Almaniya millisinin və “Real”ın futbolçusu Antonio Rudiger DÇ-2022-nin favoritini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi Bundestimi çempionluğa əsas namizəd saymır.

O, indiki heyətin 8 il əvvəl çempion olan komandadan geri qaldığı qənaətindədir: “Almaniya həmişə turnirlərdə qələbəyə iddiaçı sayılır. Amma son aylardakı oyunumuza baxsaq, yəqin çempionluğumuz sürpriz olacaq. Son vaxtlar öz oyunumuzu tapa bilmirik. Hesab edirəm ki, indi Braziliya daha yaxşı formadadır. 2014-cü ildə Almaniya millisində Toni Kroos, Mario Gotze, Filip Lam, Bastian Şvaynştayger kimi adamlar var idi. İndi də yaxşı futbolçu nəsli var”.

Qeyd edək ki, Almaniya DÇ-2022-nin qrup mərhələsində İspaniya, Kosta-Rika və Yaponiya ilə mübarizə aparacaq.
 

0