DÇ-2022: Taremidən "gecikən" qol
21.11.2022 - 21:05
İran millisinin futbolçusu Mehdi Taremi dünya çempionatları tarixinə düşüb.
Apasport.az xəbər verir ki, 30 yaşlı hücumçu DÇ-2022-nin ilk turunun İngiltərə ilə matçında dubl edib.
Taremi qarşılaşmanın 90+13-cü dəqiqədə özünün və komandasının ikinci qolunu vurub. Bu top mundiallar tarixində əsas vaxtda vurulan ən gec qol olub.
Görüşün braziliyalı baş hakim Rafael Klaus birinci hissəyə 14, ikinci yarıya isə 10 dəqiqə əlavə edib. İlk hissədəki vaxt itkisinə Asiya təmsilçisinin qapıçısı Əlirza Beyrənvandın zədələnməsi səbəb olub.
Qeyd edək ki, İran millisi görüşdən məğlub ayrılıb - 2:6.
- A millinin Malta və San Marino ilə oyunlarının hakim təyinatları bəlli oldu
- Azərbaycan – Macarıstan: Açıq məşq və mətbuat konfransı
- Azərbaycan - Malta: Açıq məşq və mətbuat konfransı
- Futzal üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün reqlamenti müəyyənləşib
- Yuxusuz gecələr başlayır: Dünya çempionatında kim favoritdir?
0
0