DÇ-2026: Türkiyə üçün son şans - YENİLƏNİR
20.06.2026 - 08:33
DÇ-2026: Türkiyə üçün son şans - YENİLƏNİR

2026-cı il dünya çempionatının D qrupunda II turun növbəti oyunu keçirilir. 

Apasport.az xəbər verir ki, Türkiyə millisi Paraqvayla üz-üzə gəlir. 

Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 07:00-da start götürüb. 

Paraqvay oyuna qolla başlayıb. 64-cü saniyədə Qalarzanın qoluyla amerikalılar Türkiyə qarşısında 1:0 önə keçib. 

Gərgin keçən ilk hissənin sonlarında Paraqvay millisi azlıqda qalıb. Migel Almiron meydandan qovulub. 

DÇ-2026

D qrupu, II tur 20 iyun

07:00. Türkiyə – Paraqvay 0:1

Qol: Qalarza, 2

Qırmızı kart: M. Almiron, 45+3

NRG Stadium (Hyuston)

Türkiyə: Çakır, Müldür, Demiral, Bardakçı, Kadıoğlu, Yüksek, Çalhanoğlu, Akgün, Gülər, Yıldız, Aktürkoğlu

Paraqvay: Qatito Fernandes, Alonso, Alderete, Qomez, Kaseres, Almiron, Qalarza, Kubas, Qomez, Ensiso, Pitta