2026-cı il dünya çempionatında bu gün 1/16 final mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, pley-offun ilk qarşılaşmasında Cənubi Afrika Respublikası və Kanada milliləri üz-üzə gəlib.
Stadiona toplaşan azarkeşlər qol üçün 92 dəqiqə gözləməli olublar. 90+2-ci dəqiqədə Estakio Kanadanı 1/8 finala çıxaran qolu vurub.
Kanada 1/8 finalda Niderland - Mərakeş cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, oyun bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
DÇ-2026
1/16 final
28 iyun
23:00
Cənubi Afrika Respublikası – Kanada 0:1
Qol: Estakio, 90+2
Cənubi Afrika Respublikası: Vilyams, Mudau, Okon, Mbokazi, Modiba, Mokoena, Sitole, Maseko, Mofokenq, Appollis, Makqopa
Kanada: Krepo, Laryea, Kornelius, Bombito, Conston, Millar, Estakio, Saliba, Byukenen, Oluvaseyi, Devid