DÇ-2026: Portuqaliya hesabda öndə - YENİLƏNİR
23.06.2026 - 22:23
DÇ-2026: Portuqaliya hesabda öndə - YENİLƏNİR

2026-cı il dünya çempionatında K qrupunun II turunun oyunlarına start verilib. 

Apasport.az xəbər verir ki, Portuqaliya millisi II tur çərçivəsində Özbəkistan yığması ilə üz-üzə gəlir. 

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayıb. 

Portuqaliya matça qolla başlayıb. 6-cı dəqiqədə Kriştiano Ronaldo hesabı açıb.

17-ci dəqiqədə fərq iki topa çatıb. Nuno Mendeş cərimə zərbəsindən fərqlənib. 

39-cu dəqiqədə Portuqaliyanın superulduzu Ronaldo yenidən səhnəyə çıxıb. 41 yaşlı futbolçu özünün 2-ci, komandasının 3-cü qolunu vurub. 

Qeyd edək ki, hər iki komanda mundialda hələ qələbə qazana bilməyib. Portuqaliya ilk turda Konqo Demokratik Respublikası ilə 1:1 hesablı heç-heçə edib. Özbəkistan isə Kolumbiyaya 1:3 hesabı ilə məğlub olub.

Dünya çempionatı
K qrupu, II tur
23 iyun

21:00. Portuqaliya – Özbəkistan 4:0

Qol: K. Ronaldo, 6, 39, N. Mendeş, 17, A. Xusanov (ö.q)

Portuqaliya: Dioqo Koşta, Joao Kanselo, Ruben Diaş, Renato Veyqa, Nuni Mendeş, Joao Neveş, Vitinya, Pedro Neto, Bruno Fernandeş, Joao Feliks, Kriştiano Ronaldo

Özbəkistan: Abduvaxid Nematov, Abdukodir Xusanov, Abdulla Abdullayev, Rustamjon Aşurmatov,Behruzjon Karimov, Odiljon Xamrobekov, Otabek Şukurov, Şerzod Nasrullayev, Abbosbek Fayzullayev, Azizjon Qaniyev, Eldor Şomurodov