DÇ-26: Misir 1/8 finalda! - YENİLƏNİB
04.07.2026 - 00:51
DÇ-26: Misir 1/8 finalda! - YENİLƏNİB

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.

Apasport.az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında Avstraliya və Misir milliləri üz-üzə gəliblər.

Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürüb. 

Oyunda hesabı Misir millisi açıb. İmam Aşur başla dəqiq oynayıb: 1:0. İlk hissədə başqa qol olmayıb.

İkinci hissəyə daha fəal başlayan Avstraliya 53-cü dəqiqədə hesabı bərabərləşdirib. Cərimə meydançasına ötürmə zamanı Məhəmməd Hani topu başla öz qapısından keçirib: 1:1.

Görüşün əsas vaxtında başqa qol olmayıb və matç əlavə vaxta gedib. 

Artırılmış hissələrdə də hesab dəyişməyib və oyunun taleyinə penaltilər seriyasında aydınlıq gəlib.

Burda daha dəqiq oynayan Misir adını 1/8 final mərhələsinə yazdırıb: 4:2.

Afrika təmsilçisi 1/8 finalda Argentina - Kabo-Verde cütünün qalibi ilə qarşılaşacaq.

DÇ-2026
1/16 final
3 iyul

22:00. Avstraliya – Misir 1:1 (pen: 4:2)

Qol: Aşur, 13, M. Hani, 53 (ö.q)

Avstraliya: Biç, Çirkati, Souttar, Herrinqton, Bos, O'Nil, İrvin, Behiç, Volpato, Metkalf, İrankunda

Misir: Şobeyr, Hafez, Rabia, İbrahim, Hani, Attia, Fathi, Zizo, Salah, Aşur, Marmuş