“Bəzilərinin düşündüyü kimi, həyatımda heç vaxt Zidana zəng etməmişəm".
Apasport.az xəbər verir ki, bunu Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre dünya çempionatından sonra Zinəddin Zidanın milliyə rəhbərlik edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
"Bu mənim tərəfimdən yanlış olardı. Və mənim xahişimlə ətrafımdan heç kim ona zəng vurmayıb. Ola bilər ki, bəziləri bunu etmək istəyib, amma bu, nəzakətsizlik olardı. Düzünü deyəcəyəm: arzum Didyenin milli komandada qalmasıdır", – deyə federasiya prezidenti bildirib.
Qeyd edək ki, Didye Deşamın müqaviləsi bu ay başa çatacaq. O, 2012-ci ildən Fransa millisinə rəhbərlik edir.
DÇ-2022-də Fransa yığması İngiltərə ilə 1/4 finalda qarşılaşacaq. Görüş dekabrın 10-da baş tutacaq.
- ÇL: "Real" "Siti"yə, "Napoli” “Benfika”ya məğlub oldu - YENİLƏNİB
- Qurban Qurbanov: "Bu, Azərbaycan futbolunun real vəziyyətidir"
- Mateuş Koxalski: “Çox əsəbiyəm”
- “Ayaks”ın baş məşqçisi: “Bugünkü qələbədən sonra özgüvənimiz artacaq”
- Qurban Qurbanov: “Ayaks” əvvəlki 5 oyunda edə bilmədiyini bu gün etdi”