“Qarabağ”ın sabiq forvardı Dino Ndlovu Apasport.az saytına açıqlama verib.
O, Ağdam klubunun Çempionlar Liqasının I mərhələsində “Benfika”ya qarşı keçirəcəyi görüş haqda fikirlərini bölüşüb:
“Qarabağ”ın Çempionlar Liqasında layiqli mübarizə aparacağından əminəm. Bu klubda hər zaman xarakter var və bu ruhla da oynayırlar. Doğrudur, “Benfika” güclü komandadır. Onlara qarşı oynamaq çətin ola bilər. Lakin “Qarabağ”ın o döyüşkən ruhu ilə ilk dəqiqədən son saniyəyə qədər mübarizə aparacağından əminəm. Çox istəyərdim ki, ilk turdaca “Qarabağ” uğurlu nəticə qazansın. Belə də ola bilər, futboldur da. “Qarabağ”ın hər zaman çox yaxşı sistemi var. Ümidvaram ki, sabah Portuqaliyada “Qarabağ” sona qədər oynayacaq və istədiyi xalı qazanacaq”.
- ÇL: "Real" "Siti"yə, "Napoli” “Benfika”ya məğlub oldu - YENİLƏNİB
- Qurban Qurbanov: "Bu, Azərbaycan futbolunun real vəziyyətidir"
- Mateuş Koxalski: “Çox əsəbiyəm”
- “Ayaks”ın baş məşqçisi: “Bugünkü qələbədən sonra özgüvənimiz artacaq”
- Qurban Qurbanov: “Ayaks” əvvəlki 5 oyunda edə bilmədiyini bu gün etdi”