Dünya çempionatlarında görünməmiş məhsuldarlıq
07.12.2022 - 09:44
Dünya çempionatlarında görünməmiş məhsuldarlıq

DÇ-2022-də yeni rekord qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, bu, 1/8 finalda gerçəkləşib.

Qətərdəki mundial tarixə ən məhsuldar 1/8 final mərhələsi ilə düşüb. Söhbət qrup mərhələsindən sonra təşkil olunan pley-offun 1/8 finallarından gedir. Mərhələnin 8 oyununda 28 qol vurulub. Orta məhsuldarlıq 3,50-yə bərabərdir.

İndiyədək heç vaxt 1/8 finalda 28 qol vurulmayıb. Dünya çempionatlarında qrup mərhələsindən sonra 1/8 final mərhələsinin keçirilməsi 1986-cı ildən tətbiq olunur.

Qeyd edək ki, 1934 və 1938-ci illərdə də 1/8 final mərhələsi olsa da, bu statistikada həmin mundiallar nəzərə alınmır. Çünki həmin yarışlar qrup mərhələsi ilə başlamadan birbaşa olimpiya sistemi ilə keçirilib.
 

0