Dünyanın ən çox kubok qazanan klublarının adları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıda ən çox titul əldə edən 10 klub göstərilib.
Cədvələ Misir təmsilçisi “Əl-Əhli” başçılıq edir. Bu klub tarixi ərzində 121 kuboka sahib çıxıb. Onu 116 titulla “Reyncers” və “Nasional” izləyir.
Avropa nəhəngləri arasında ən titullu klub “Real”dır. Son olaraq UEFA Superkubokunu qazanan “kral klubu”nun aktivində 96 kubok var.
1. “Əl-Əhli” (Misir) - 121 kubok
2-3. “Reyncers” (Şotlandiya) - 116
2-3. “Nasional” (Uruqvay) - 116
4. “Seltik” (Şotlandiya) - 113
5. “Atletiko Penyarol” (Uruqvay) - 110
6. “Real” (İspaniya) - 95
7. “Barselona” (İspaniya) - 92
8. “Benfika” (Portuqaliya) - 83
9-10. “Bavariya” (Almaniya) - 82
9-10. “Əl-Faysali” (İordaniya) - 82
- A millinin Malta və San Marino ilə oyunlarının hakim təyinatları bəlli oldu
- Azərbaycan – Macarıstan: Açıq məşq və mətbuat konfransı
- Azərbaycan - Malta: Açıq məşq və mətbuat konfransı
- Futzal üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün reqlamenti müəyyənləşib
- Yuxusuz gecələr başlayır: Dünya çempionatında kim favoritdir?