Elvin Məmmədov: “Finalda Avropa komandaları oynayacaq”
20.11.2022 - 14:01
Elvin Məmmədov: “Finalda Avropa komandaları oynayacaq”

“Dünya çempionatı həmişə fərqli və maraqlı olur”.

Apasport.az saytının məlumatına görə, bunu “Şamaxı”nın kapitanı Elvin Məmmədov Qətərdə keçiriləcək DÇ-2022 barədə danışarkən deyib.

34 yaşlı yarımmüdafiəçi turnirin mövsümün gedişində baş tutmasının Avropa yığmalarının xeyrinə işləyəcəyini düşünür. Məmmədov eyni zamanda azarkeşlik etdiyi yığmanı da açıqlayıb: “Mundialın bu vaxtda keçirilməsinin ən pis cəhəti odur ki, futbolçuların zədə alma ehtimalı çox olur. Avropada çıxış edən oyunçulara bunun elə böyük təsiri olmayacaq. Çünki həftədə iki, hətta üç matç keçirməyə öyrəşiblər. Bu səbəbdən maraqlı və gərgin görüşlər gözləyirəm. Fikrimcə, ötən mundialdakı kimi, yenə finalda Avropa komandaları oynayacaq. Azarkeşlik edəcəyim yığma isə Argentinadır”.

Qeyd edək ki, noyabrın 20-də start götürəcək dünya çempionatının açılış oyununda ev sahibi Qətərlə Ekvador üz-üzə gələcək.
 

0