“Fənərbaxça” 5 ildən sonra finalda
24.05.2023 - 23:30
“Fənərbaxça” 5 ildən sonra finalda

Türkiyə kubokunun ilk finalçısı bəlli olub.

Apasport.az saytı xəbər verir ki, “Fənərbaxça” 5 ildən sonra kubokun həlledici matçında oynamaq hüququ qazanıb.

Komanda iki görüşün nəticəsinə görə, “Sivasspor”u mübarizədən kənarlaşdırıb. Ferdi Kadıoğlu, Batşuayi və Kinqin vurduğu qollar cütün taleyini həll edib. Tərəflər arasında Sivasda keçirilən ilk qarşılaşmada qapılara qol vurulmamışdı.

Qeyd edək ki, yarımfinalın digər cütündə “Ankaragücü” – “Başakşəhər” (0:1) matçı keçiriləcək. 

Türkiyə kuboku
Yarımfinal, cavab oyunu
“Fənərbaxça” – “Sivasspor” – 3:0

İlk oyun – 0:0
 

0