"Fənərbaxça"nın Avropa Liqasındakı rəqibi bəlli oldu - PÜŞK
24.02.2023 - 15:20
"Fənərbaxça"nın Avropa Liqasındakı rəqibi bəlli oldu - PÜŞK

Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərində keçirilib.

Qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən 16 komanda 8 cüt təşkil edib. Yarışda qrup qalibi olan komandalar pley-off səddini keçənləri sınağa çəkəcək.

Türkiyə təmsilçisi “Fənərbaxça”nın da rəqibi bəlli olub. İstanbul klubu “Sevilya” ilə qarşılaşacaq.

Bu raundun ilk görüşləri martın 9-da baş tutacaq. Cavab oyunları bir həftə sonra keçiriləcək.

Avropa Liqası
1/8 final

“Union” (Almaniya) - “Union” (Belçika)
“Sevilya” (İspaniya) - “Fənərbaxça” (Türkiyə)
“Yuventus” (İtaliya) - “Frayburq” (Almaniya)
“Bayer” (Almaniya) - “Ferensvaroş” (Macarıstan)
“Sportinq” (Portuqaliya) - “Arsenal” (İngiltərə)
“Mançester Yunayted” (İngiltərə) - “Betis” (İspaniya)
“Roma” (İtaliya) - “Real-Sosyedad” (İspaniya)
“Şaxtyor” (Ukrayna) - “Feyenoord” (Niderland)

0