FIFA Serbiya və Xorvatiyanı CƏZALANDIRDI
07.12.2022 - 22:54
FIFA Serbiya və Xorvatiyanı CƏZALANDIRDI

FIFA dünya çempionatı zamanı milli komandanın soyunub-geyinmə otağında Kosovo ərazisi də göstərilən ölkənin bayrağını asdığına görə Serbiya Futbol İttifaqını (FSS) cərimələyib.

Apasport.az xəbər verir ki, hadisə qrup mərhələsinin ilk turunun Serbiya və Braziliya milliləri arasında keçirilən oyundan (0:2) əvvəl baş verib.

Buna görə Kosovo Futbol Federasiyası FIFA-ya şikayət edib. FSS buna görə 20 min İsveçrə frankı məbləğində cərimələnib.

FIFA həmçinin dünya çempionatının qrup mərhələsinin kanadalılarla oyununda azarkeşlərin yersiz qışqırmasına və komandanın azarkeşlərinin nalayiq məzmunlu pankartlardan istifadə etməsinə görə Xorvatiya Futbol İttifaqını (HNS) 50 min İsveçrə frankı məbləğində cərimələyib.

0