FİFA-ya mundialdan götürəcəyi gəlir - 4 milyard 666 milyon dollar
15.11.2022 - 15:57
FİFA-ya mundialdan götürəcəyi gəlir - 4 milyard 666 milyon dollar

FİFA-nın Qətərdə keçiriləcək DÇ-2022-dən əldə edəcəyi mümkün gəlirlərin məbləği bəlli olub.

Apasport.az saytının məlumatına görə, bu yarışın beynəlxalq futbol assosiasiyasının 4 milyard 666 milyon dollar gəlir gətirəcəyi proqnozlaşdırılır.

Bu vəsaitin yarıdan çoxu telayayımdan əldə olunacaq. Şirkətlər mundialı yayımlamaq üçün FİFA-ya 2 milyard 460 milyon ödəyib. 1 milyard 363 milyon isə marketinq fəaliyyətindən qazanılacaq.

FİFA bu vəsaitdən 843 milyonunu mundiala xərcləyəcək. Komandalara 440 milyon ödəniləcək. Final mərhələsinin hər iştirakçısı 1,5 milyon mükafat alıb.

DÇ-2022-nin mükafat fondu da bu vəsaitdən ödəniləcək. Dünya çempionu 42, finalçı 30 milyon zənginləşəcək. Üçüncü yer sahibinin 27 milyon əldə edəcəyi mundialın dördüncüsü 25 milyon qazanacaq.

Mundialın biletlərinə də böyük tələbat qeydə alınıb. 64 matç üçün ümumilikdə 23 milyon sifariş daxil olub.

Qeyd edək ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.
 

0