Fransa 1/8 finalda! - YENİLƏNİB
26.11.2022 - 21:46
Fransa 1/8 finalda!  - YENİLƏNİB

Bu gün DÇ-2022-nin D qrupunda II tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, qrupun son qarşılaşmasında Fransa ilə Danimarka görüşüb.

Çempionatın favoritlərindən olan Didye Deşamın yetirmələri 1/8 finala vəsiqəni öncədən təmin edib. İlk turda Avstraliyanı 4:1 hesabı ilə üstələyən son dünya çempionu mundialın heç də zəif sayılmayan komandası Danimarkanı 2:1 hesabı ilə məğlub etməklə adını 1/8 finala yazdıran ilk komanda olub.

Qeyd edək ki, D qrupunda son oyunlar noyabrın 30-da keçiriləcək. Həmin gün Danimarka Avstraliya ilə, Fransa Tunislə üz-üzə gələcək.

DÇ-2022, qrup mərhələsi
26 noyabr, II tur
D qrupu
20:00. Fransa - Danimarka 2:1

Qollar: Kilian Mbappe, 61, 86, Andreas Kristensen, 68

1

Fransa

2

2

0

0

6-2

6

2

Avstraliya

2

1

0

1

2-4

3

3

Danimarka

2

0

1

 

1-2

1

4

Tunis

2

0

1

1

0-1

1

0