Fransada 2 futbolçunun evi Yeni il günü qarət olunub - FOTO
02.01.2023 - 21:58
Fransada 2 futbolçunun evi Yeni il günü qarət olunub - FOTO

Fransa çempionatında çıxış edən Remi Kabella və Tyaqu Mendesin evləri Yeni il gecəsi qarət olunub.

Apasport.az xəbər verir ki, "Lill"in futbolçusu Kabella sosial şəbəkədə evinin sınmış pəncərəsinin fotosunu yerləşdirib: “Yeni iliniz mübarək 2023!”

Həmçinin, Yeni il gecəsi evi soyulan “Lion”un braziliyalı müdafiəçisi Tyaqu Mendesin həyat yoldaşı Kelli də oxşar paylaşım edib: “Evin hər yerindən barmaq izlərini götürdükdən sonra polis getdi. İstintaq üçün bizə dəlil lazım idi. Fransada yalnız futbolçuların evlərini qarət edən bir dəstə var.

Nə deyəcəyimi belə bilmirəm. Özünüzü dekabrın 31-də – Yeni il ərəfəsində təsəvvür edin... Ən pisi də odur ki, evdə həmişə mühafizəçi olur. Talançılar isə sadəcə uyğun anı gözləyirlər”.

Qeyd edək ki, Tyaqu Mendes oğurluq zamanı Liqa 1-də "Klermon"la matça (0:1) hazırlaşan komanda ilə birgə olub.

0