
“Onlar mənim qürurumu əlimdən aldılar".
Apasport.az xəbər verir ki, bunu bosniyalı məşqçi Vahid Halilhociç 2022-ci ilin avqustunda Mərakeş millisindən qovulmasını şərh edərkən deyib.
Belə ki, bosniyalı mütəxəssis komandanı DÇ-2022-yə çıxarıb. Turnirin başlamasına 3 ay qalmış mərakeşlilər onu işindən qovublar. Mərakeş Kral Futbol Federasiyası bu qərarın milli komandanın turnirə hazırlığı ilə bağlı fikir ayrılıqları səbəbindən verildiyini bildirib.
70 yaşlı məşqçi qarşı tərəfi buna görə bağışlamadığını bildirib: "Mən bunu nə unuda, nə də onları bağışlaya bilirəm. Bu mundial mənim məşqçilik karyeramla vidalaşacağım turnir olmalı idi”.
Qeyd edək ki, DÇ-2022-də Mərakeş yığması 4-cü yeri tutub.
- Marko Rossi: “Azərbaycana qarşı oynamaq bizim üçün asan olmayacaq”
- Macarıstan millisinin üzvü: “Bizim üçün nəticə önəmlidir”
- İsko son 6 ildə ilk dəfə İspaniya millisinin heyətində meydana çıxıb
- UEFA Millətlər Liqasının finalının ən yaxşı oyunçusunun adını açıqlayıb
- Millətlər Liqası: Portuqaliya çempion - YENİLƏNİB