AVRO-2024-ün seçmə mərhələsində 5-ci tura yekun vurulub.
Apasport.az saytı xəbər verir ki, günün mərkəzi görüşündə heç-heçə qeydə alınıb.
Ev oyunlarını Polşada keçirən Ukrayna yığması İngiltərə ilə xalları yarıya bölüb. Bu, ingilislərin seçmə mərhələdə ilk xal itkisi olub. Qrupun digər qarşılaşmasında da qalib müəyyənləşməyib. İtaliya səfərdə Şimali Makedoniyanın müqavimətini qıra bilməyib.
İ qrupunda keçirilən hər üç oyun heç-heçə başa çatıb. İsveçrə komandası son dəqiqədə qələbəni əldən verib. Rumıniya isə evdə İsraillə heç-heçə oynayıb.
AVRO-2024, seçmə mərhələ
9 sentyabr
C qrupu
Ukrayna – İngiltərə – 1:1
Şimali Makedoniya – İtaliya – 1:1
İngiltərə – 13, Ukrayna – 7, İtaliya – 4, Şimali Makedoniya – 4, Malta – 0 xal.
F qrupu
Azərbaycan – Belçika – 0:1
Estoniya – İsveç – 0:5
Avstriya – 10, Belçika – 10, İsveç – 6, Estoniya – 1, AZƏRBAYCAN – 1 xal.
İ qrupu
Andorra – Belarus – 0:0
Kosova – İsveçrə – 2:2
Rumıniya – İsrail – 1:1
İsveçrə – 11, Rumıniya – 9, İsrail – 8, Belarus – 4, Kosova – 3, Andorra – 0 xal.
- Arne Slot: “Rəqibə hörmətlə yanaşaraq bildirməliyəm ki…”
- “Benfika”dan tarixi qələbə - QAPIÇININ QOLU HƏLLEDİCİ OLDU - VİDEO
- Qurban Qurbanov: “Futbolçularım pley-offa yüksəlməyə layiq idilər”
- ÇL: Növbəti tura yüksələn komandalar bəlli olub
- “Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri müəyyənləşib