İçiro Otsuka: “Azərbaycan kimi komandalara qarşı oynamaq üçün yaxşı təcrübədir”
22.03.2024 - 22:27
İçiro Otsuka: “Azərbaycan kimi komandalara qarşı oynamaq üçün yaxşı təcrübədir”

"Məğlub olduğumuz üçün çox məyusam. Bu gün yaxşı rəqibə qarşə oynadıq. Demək olar ki, 90 dəqiqə ərzində qol braxmadıq. Müdafiə baxımından komandamız yaxşı çıxış etdi. Amam bu da azdır. gərək hücumda da artıraaq. hücumlar etmək lazımdır. Kiçik ölkəyik, yavaş-yavaş kiçik addımlarla inkişaf etməliyik. Məyusam. Amma oyunçularıma da təşəkükr etdim. Fantastik çıxış etdilər. Ümid edirəm ki, növbəti oyun haqda fikirləşəcəyik".

Apasport.az xəbər verir ki, bu sözləri Monqolustan millisinin baş məşqçisi İçiro Otsuka deyib. O, Azərbaycanla matçı (0:1) dəyərləndirib:

- Dünən demişdiz ki, Azərbaycan Yaponiya ilə müqayisə edərdim, bu komandaları eyni gücdə olduğunu iddia edirdiz. 2021-ci ildə Yaponiya Monqolustana rahatlıqla 14 qol vurmuşdu, bu gün Azərbaycan güc-bəla ilə 1 qol vurdu. Bu fikrinizdə qalırsız yenə?
- Azərbaycan millisi yüksək səviyyəli komandadır. Ən azından bizim üçün. Azərbaycanla Yaponiyanın  müqayisəsinə gəldikdə, Yaponiyanın heyətində demək oalr ki, bütün oyunçular Avropada çıxış edirlər. Azərbaycan kimi komandalara qarşı oynamaq üçün yaxşı təcrübədir. Asiyada əsasən zəif komandalarla oyanyırıq. Bugünkü standart  fərqli idi. Yaxşı rəqibə qarşı oynayırıq. Biz keçən il gürcüstana qarşı oiynamışdıq, ilk yarı 1:1 idi, sonda 1:6 uduzduq. Bu gün Azərbaycana qarşı yaxşı müdafiə olunduq. Qismən də müdafiə rəqibin rahat oynamasına imkan vermədi.

- Matç heç-heçə çatsaydı, sizin özünüz üçün sensasiya olacaqdı? Bunun üçün nə çatmadı?
- Avropa komandasına qarşı ikinci oyun idi. Heç-heçə etsəydik, sensasiya olardı. Keçən il Səudiyyə Ərəbistanına qarşı oynayırdıq, sona üç dəqiqə qalmış 1:0 udurduq. Amam üç qol buraxıb, uduzduq. Bu gün də eyni şey baş verdi. Hər zaman müdafiə olunursansa, enerji itirirsən. Düşünürsən ki, müdafiə olunuram bu dəqiqə qol buraxacam. Belə düşünsən, qol buraxacaqsan. Amma hücum etməyi düşünsək, qol buraxmayacağıq. Bu düşüncə tərzini dəyişməliyik.

- Qol buraxdıqdan sonra təzyiqləriniz oldu. Niyə ilk dəqiqələrdən belə oynamadınız, rəqibdən çəkindiniz?
- Yeni gəlmişəm. Hələ ki, birinci olaraq müdafiə üzərində işləməyə başlamışıq. Növbəti il üçün hücum davranışı üzərində işləyəcəyik.

0