Qətərdə keçirilən dünya çempionatında İranın Uelslə matçda vurduğu ilk top mundiallarda ən gec qeydə alınan qalibiyyət qolu kimi tarixə düşüb.
Apasport.az saytının məlumatına görə, müdafiəçi Ruzbeh Çeşminin uzaq məsafədən vurduğu top 97-ci dəqiqə 56-cı saniyədə toru silkələyib.
Bu, statistik məlumatlar toplandığı vaxtdan bəri dünya çempionatlarında ən gec vurulan qələbə qoludur. Belə məlumatlar 1966-cı ildən mövcuddur.
Bundan başqa, İran millisi tarixində ilk dəfə mundialda həm Avropa təmsilçisini məğlub edib, həm də onlara qarşı qapısının toxunulmazlığını qoruyub. Asiyalılar bunu 6-cı dəfə qatıldığı dünya çempionatında bacarıb. Komanda indiyə qədər heç vaxt qrup səddini aşa bilməyib.
Qeyd edək ki, son dəqiqələrdə vurduğu qollarla Uels üzərində 2:0 hesablı qələbə qazanan İran yığması B qrupundakı son oyununda noyabrın 29-da ABŞ-la görüşəcək.
- A millinin Malta və San Marino ilə oyunlarının hakim təyinatları bəlli oldu
- Azərbaycan – Macarıstan: Açıq məşq və mətbuat konfransı
- Azərbaycan - Malta: Açıq məşq və mətbuat konfransı
- Futzal üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün reqlamenti müəyyənləşib
- Yuxusuz gecələr başlayır: Dünya çempionatında kim favoritdir?