İspaniya – Portuqaliya oyunu haqda: “Futbolçuların hamısı tükənib”
02.06.2022 - 14:18
İspaniya – Portuqaliya oyunu haqda: “Futbolçuların hamısı tükənib”

Bu gün Millətlər Liqasının qrup mərhələsinin ilk tur oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, A liqasında İspaniya – Portuqaliya matçına maraq böyükdür.

Bir çox mütəxəssis kimi, rusiyalı futbol eksperti Artyom Belinin də Sevilyada baş tutacaq görüşlə bağlı proqnozunu açıqlayıb:

Millətlər Liqasının son finalçısı İspaniya cütün favoritidir. Bu komandaların iştirak etdiyi son 10 görüşün 5-də üç və ya çox qol vurulub. “Hər ikisi qol vuracaq” seçimi Portuqaliyanın son 10 görüşündən 4-də, İspaniyanın isə 5-də işə yarayıb.

Millətlər Liqasının vacib turnir olmamasına və futbolçuların buna uyğun davranmasına baxmayaraq, İspaniya – Portuqaliya matçında prinsipiallıq olacaq. Coğrafi qonşular və daimi rəqiblər ulduzlarını bir araya gətirir. Bəli, onların hamısı uzun mövsümün ardından tükəniblər və ən yaxşı səviyyəni göstərməyəcəklər. Amma məsələn, Kriştiano Ronaldo çətin ki, yorğunluq səbəbindən özünə qarşı tələblərini azaltsın. Bu, artıq görüşü möhtəşəm etmək üçün mühüm amildir. Ancaq matçın Portuqaliyanın xeyrinə nəticələnəcəyinə inamım yoxdur.

Proqnozum: İspaniya qalib gələcək və ya 1:0 hesabı.

0