İspaniya və Portuqaliya DÇ-2030-a namizəddir
11.07.2022 - 10:38
İspaniya və Portuqaliya 2030-cu ildəki dünya çempionatına ev sahibliyi etmək istəyir.
Apasport.az saytının məlumatına görə, adıçəkilən ölkələr bununla bağlı birgə ərizə verməyi planlaşdırır.
İki ölkə 14 stadionun adını təqdim edəcək. İspaniya mundial üçün 14 stadion seçib. Ancaq onlardan 3-ü ləğv olunacaq. Çünki həmin 3 arena Portuqaliyadan olacaq. Dünya çempionatında əsas ölkə kimi İspaniya sayılacaq.
İspaniyanın seçdiyi arenalar arasında “Santyaqo Bernabeu”, “Vanda Metropolitano” və “Nou Kamp” da var.
- A millinin Malta və San Marino ilə oyunlarının hakim təyinatları bəlli oldu
- Azərbaycan – Macarıstan: Açıq məşq və mətbuat konfransı
- Azərbaycan - Malta: Açıq məşq və mətbuat konfransı
- Futzal üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün reqlamenti müəyyənləşib
- Yuxusuz gecələr başlayır: Dünya çempionatında kim favoritdir?
2
0