“Braziliyalı olduğum üçün öz ölkəmin milli komandasına azarkeşlik edəcəm”.
Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Julio Romao noyabrın 20-də Qətərdə keçiriləcək dünya çempionatı barədə danışarkən deyib.
24 yaşlı braziliyalı orta sahə oyunçusu mundialda doğma komandalarına azarkeşlik edəcəyini söyləyib: “Dünya çempionatı zamanı Braziliyanın bütün oyunlarında uğur qazanması üçün dua edəcəyəm. Həyəcanla millimizin matçlarını gözləyirəm. Təbii ki, favoritim də öz komandamızdır. Hesab edirəm ki, Braziliya yığması bu il, nəhayət ki, dünya çempionu ola biləcək”.
Qeyd edək ki, Braziliya yığması mundialın G qrupunda Serbiya, İsveçrə və Kamerunla mübarizə aparacaq. “Pentakampeonlar” ilk oyununu noyabrın 24-də Serbiyaya qarşı keçirəcək.
- A millinin Malta və San Marino ilə oyunlarının hakim təyinatları bəlli oldu
- Azərbaycan – Macarıstan: Açıq məşq və mətbuat konfransı
- Azərbaycan - Malta: Açıq məşq və mətbuat konfransı
- Futzal üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün reqlamenti müəyyənləşib
- Yuxusuz gecələr başlayır: Dünya çempionatında kim favoritdir?