Kadi Borqes “Real”ı dəstəkləyir: “Favoritim onlardır”
28.05.2022 - 14:00
Kadi Borqes “Real”ı dəstəkləyir: “Favoritim onlardır”

Bu gün Çempionlar Liqasının final oyununda “Real”la “Liverpul” üz-üzə gələcək.

“Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borqes apasport.az saytına açıqlamasında Parisdə baş tutacaq qarşılaşma öncəsi fikirlərini bölüşüb.

Azərbaycan Premyer Liqasında mövsümü bombardir kimi tamamlayan braziliyalı hücumameylli futbolçu konkret proqnoz verməsə də, azarkeşlik edəcəyi komandanın adını çəkib:

“Konkret kiminsə qalib gələcəyini demək çox çətindir. Çünki bu, final oyunudur. Final matçında hər şey baş verə bilər. Ümumi götürdükdə favoritim “Real”dır. Yəni İspaniya klubunun qələbəsini gözləyirəm. Amma yenə də bilmək olmaz.

Mən bugünkü qarşılaşmada “Real”a azarkeşlik edəcəyəm”.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

0