Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, baş tutacaq iki matçdan sonra finalçılar bəlli olacaq.
"Strasburq" "Rayo Valekano"nu qəbul edəcək. İlk görüşdə İspaniya təmsilçisi qələbə qazanıb.
Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor" "Kristal Pelas"ın qonağı olacaq. İlk qarşılaşmada britaniyalılar qələbə qazanıb - 3:1.
7 may
UEFA Konfrans Liqası
Yarımfinal, cavab oyunları
23:00. "Strasburq" (Fransa) – "Rayo Valekano" (İspaniya)
(İlk oyun - 0:1)
23:00. "Kristal Pelas" (İngiltərə) – "Şaxtyor" (Ukrayna)
(İlk oyun - 3:1)