Konfrans Liqası: 2 matçla start
09.08.2022 - 09:57
Konfrans Liqası: 2 matçla start

Bu gün Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları start götürür.

Apasport.az saytının məlumatına görə, ilk gündə 2 görüş olacaq.

Malta və Farer adaları təmsilçiləri rəqiblərini doğma arenada qəbul edəcək. Mərhələnin digər qarşılaşmaları isə avqustun 10-11-də keçiriləcək.

Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunları
9 avqust

20:00. “Qzira” (Malta) – “Volfsberger” (Avstriya)
22:00. “B36 Torshavn” (Farer adaları) – “Viborq” (Danimarka)

0