Polşa millisinin futbolçusu Robert Levandovski dünya çempionatlarında ilk qolunu vurub.
Apasport.az saytı xəbər verir ki, 34 yaşlı hücumçu buna Qətərdə keçirilən mundialda nail olub.
C qrupunun II turu çərçivəsində Səudiyyə Ərəbistanı yığmasını məyus edən "Barselona"nın üzvü matçda həm də assistə imza atıb. Onun məhsuldar ötürməsindən sonra Peter Zelinski fərqlənib.
Robert Levandovski DÇ-1982-dən bəri bir mundial matçında həm qol, həm assistlə yadda qalan ilk polşalı futbolçu olub. Sonuncu dəfə bunu sözügedən turnirdə Yanuş Kupçevic Fransa ilə oyunda bacarmışdı.
Qeyd edək ki, Polşa Səudiyyə Ərəbistanına 2:0 hesabı ilə qalib gəlib. Çeslav Mixneviçin komandası qrup mərhələsinin III turunda noaybrın 30-da Argentina ilə qarşılaşacaq.
- A millinin Malta və San Marino ilə oyunlarının hakim təyinatları bəlli oldu
- Azərbaycan – Macarıstan: Açıq məşq və mətbuat konfransı
- Azərbaycan - Malta: Açıq məşq və mətbuat konfransı
- Futzal üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün reqlamenti müəyyənləşib
- Yuxusuz gecələr başlayır: Dünya çempionatında kim favoritdir?