Liderlərin London dueli
20.10.2022 - 09:49
Liderlərin London dueli

Bu gün avrokuboklarda bir oyun keçiriləcək.

Apasport.az saytının məlumatına görə, Avropa Liqasında təxirə salınmış matç baş tutacaq.

Günün yeganə qarşılaşması A qrupunda təşkil olunacaq. Məğlubiyyətsiz irəliləyən liderlər Londonda üz-üzə gələcək. Üç oyunun hamısında qalib gələn “Arsenal” 7 xala malik PSV-ni sınağa çəkəcək.

Qeyd edək ki, II turun sentyabrın 15-də keçirilməli olan qarşılaşma kraliça II Yelizavetanın dəfni ilə əlaqədar təxirə salınıb.

⚽ 21:00. “Arsenal” - PSV
 

0