Liderlərin oyununa PROQNOZ
09.06.2022 - 12:33
Liderlərin oyununa PROQNOZ

Bu gün Millətlər Liqasında növbəti qarşılaşmalar baş tutacaq.

Apasport.az saytının məlumatına görə, A liqasının 2-ci qrupunda liderlər üz-üzə gələcək.

İki matçdan sonra hərəyə 4 xal toplayanların duelində Portuqaliya Çexiyanı qəbul edəcək. Futbol eksperti İvan Mileçnı bu görüşə proqnoz verib. “Zorki”nin sabiq oyunçusu, tanınmış reper meydan sahiblərini favorit görür:

Millətlər Liqasını izləməkdə davam edirik. Bu gün üçüncü turun Portuqaliya ilə Çexiyanın duelini müzakirə etməyi lazım bilirəm. Hazırda başa düşmədiyim bir şey var. Portuqaliya millisinin indiki nəsli nə vaxtsa bitəcək, yoxsa yox? Yarım ildən sonra Pepenin 40, Ronaldonun 38 yaşı olacaq. Onlar isə davam edirlər. Həqiqət bu qədər aydındır ki?

Əvvəl güclü İspaniya ilə heç-heçə oynadılar. Obyektiv olsaq, həmin görüşdə portuqaliyalılar zəif görünürdü və yalnız fərdi səylər sayəsində sonluqda vurulan qolla heç-heçəni xilas etdi.

Sonra İsveçrə üzərində darmadağın oldu. Görünür ki, rəqib yaxşı durumda deyil. Son 4 matçda isveçrəlilər qalib gəlməyib.

Çexiya da turnirdə eyni cür təsir bağışlayır. İsveçrə üzərində qələbə, baxmayaraq ki, çətinliklə əldə olundu. Rəqib pis oynamadı və qol imkanları əldə etsə də, bu epizodlardan yararlanmaqda problem yaşadı. Elə Çexiyanın qələbə topunu da rəqib öz qapısına vurdu. Sonra isə onlar İspaniya ilə heç-heçə edə bildilər. Eyni ssenari ilə. İspaniya oyunun axarına tam nəzarət etdi, amma çexlər çərçivəyə iki zərbə ilə iki qol vurdu.

Portuqaliya müdafiədəki oyununu qüsurlardan təmizləyib. Elə hücumda da problem yoxdur. Bugünkü qarşılaşma qrupda birinci olmaq uğrundadırsa da, Portuqaliya daha yaxşıdır. Qrupdakı bütün rəqibləri onlara münasib sayılır. Onların asanlıqla qrup qalibi olmasına da təəccüblənmərəm.

III turun görüşünə gəlincə, bizi şən matç gözləyir. Çexlər qol vurmağı bacarırlar, üstəlik onlarda imkanlardan istifadə ilə bağlı hər şey qaydasındadır. Portuqaliyada isə belə mövzuda problem ümumiyyətlə yoxdur. İndi onlar sadəcə olaraq bir baş üstündür. Komandada təcrübə və gəncliyin əla balansı qurulub.

Bu qarşılaşmada Portuqaliyanın qələbəsini gözləyirəm. Üstəlik, ən azı 3 qolun vurulacağına mərc edirəm.

Proqnozum: 1 və 2,5 Üst
 

0