“Qarabağ” UEFA Çempionlar Liqasının sonuncu – VIII turunda səfərdə “Liverpul”la qarşılaşacaq.
Apasport.az xəbər verir ki, ev sahiblərinin müdafiəçisi Ceremi Frimponq oyunöncəsi keçirilən mətbuat konfransında bir sıra açıqlamalar verib:
“Futbolda bəzən işlər istədiyin kimi getmir. Hər oyunda maksimum gücümüzü ortaya qoyuruq, lakin bəzən şans bizim tərəfimizdə olmur. Çempionlar Liqasında yaxşı mövqedəyik və sabah qalib gəlsək, 1/8 finala vəsiqə qazanacağıq. "Qarabağ"ın nə qədər güclü komanda olduğunu bilirəm. Onlar Çempionlar Liqası səviyyəsində çıxış edən komandadır. Sabahkı oyun bizim üçün asan olmayacaq”.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.