"Mançester Siti" və "Real"dan geridönüşlü qələbə
20.01.2023 - 01:57
"Mançester Siti" və "Real"dan geridönüşlü qələbə

"Mançester Siti" və "Real" geridönüşlə qələbə qazanıb.

Apasport.az xəbər verir ki, "Siti" İngiltərə Premyer Liqasında VII turdan təxirə salınmış matçda "Tottenhem"i qəbul edib.

İlk hissədən sonra meydan sahibləri 0:2 uduzsa da, fasilədən sonra 4 qol vuraraq qalib gəliblər – 4:2. Bununla da lider "Arsenal"la 5 xallıq fərq qorunub.

Oxşar hadisə İspaniya Kubokunun "Vilyareal" – "Real" matçında da yaşanıb. Fasiləyədək 0:2 uduzan Madrid təmsilçisi ikinci 45 dəqiqədə 3 qol vuraraq qalib gəlib – 3:2. Bununla da Kral klubu 1/4 finala vəsiqə qazanan sonuncu komanda olub.

0