"Mançester Yunayted" "Qızıl əlcəy"in sahibi ilə maraqlanır
21.12.2022 - 22:53
"Mançester Yunayted" "Qızıl əlcəy"in sahibi ilə maraqlanır

“Mançester Yunayted” Argentina millisinin və “Aston Vila”nın qapıçısı Emiliano Martineslə maraqlanır.

Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar” müqaviləsi 2023-cü ilin iyununda başa çatacaq David de Xeanın yerinə uzunmüddətli oyunçu axtarır.

30 yaşlı futbolçunun "Aston Vila" ilə 2027-ci ilin iyununa qədər müqaviləsi var və çox güman ki, ucuz başa gəlməyəcək.

Qeyd edək ki, daha əvvəl "Bayern"in zədəli Manuel Noyeri əvəzləmək üçün Martinesi nəzərdən keçirdiyi bildirilirdi. DÇ-2022-nin ən yaxşı qapıçısı 2020-ci ilin sentyabrından “Aston Vila”da çıxış edir və bu mövsüm komandanın heyətində keçirdiyi 24 oyunda 27 qol buraxıb və 8 dəfə qapısını qoldan xilas edib.

"Transfermarkt" oyunçunun dəyərini 25 milyon avro qiymətləndirir.

0