"Mançester Yunayted"in 9 oyunluq qələbə seriyası Londonda qırıldı
19.01.2023 - 01:55
"Mançester Yunayted"in 9 oyunluq qələbə seriyası Londonda qırıldı

İngiltərə Premyer Liqasında VII turdan təxirə salınmış görüş keçirilib.

Apasport.az xəbər verir ki, "Mançester Yunayted" Londonda "Kristal Pelas"ın qonağı olub.

Ardıcıl 9 rəsmi matçdır qalib gələn "Mançester Yunayted"in seriyası 90+1-ci dəqiqədə meydan sahiblərinin vurduğu qolla qırılıb. Belə ki, Nigeriya əsilli Maykl Olisenin cərimə zərbəsindən vurduğu möhtəşəm qol matçın 1:1 başa çatmasına səbəb olub.

Bununla belə, "qırmızı şeytanlar" "Nyukasl"ı qabaqlayaraq 3-cü pilləyə yüksəlib. Onlar əzəli rəqib "Mançester Siti" ilə eyni xala (39) malik olsalar da, rəqibi bir matç az keçirib. Həmin bir matç bu gün "Mançester Siti" ilə "Totenhem" arasında baş tutacaq.   

0