Mbappenin məşqi buraxmasının səbəbi açıqlandı
07.12.2022 - 21:16
Mbappenin məşqi buraxmasının səbəbi açıqlandı

Dünya çempionatının 5 qolla bombardiri Kilian Mbappenin Fransa millisi ilə dünənki məşqi buraxmasının səbəbi açıqlanıb.

Apasport.az xəbər verir ki, fransalı mərkəz müdafiəçisi İbrahima Konate onun komanda ilə məşqi buraxmasının və idman zalında fərdi proqram üzərində işləməsinin səbəbini belə izah edib:

“Bu, istirahətimizdən bir gün sonrakı kiçik bir bərpa məşqi idi. Sadəcə olaraq məşqçi ilə idman zalında qalmağa qərar verdi, narahat olmağa dəyməz. Biz ona, eləcə də komandadakı bütün futbolçulara arxalanırıq. İngiltərə ilə oyun üçün hər kəsin sağlam olması lazımdır”.

Qeyd edək ki, dekabrın 10-da DÇ-2022-nin 1/4 finalında İngiltərə və Fransa yığmaları qarşılaşacaq.

0