Mbappeyə 90 milyon avro bonus
24.05.2023 - 20:46
Mbappeyə 90 milyon avro bonus

Yayda PSJ-ni tərk etməsə Kilian Mbappe yüksək məbləğdə bonus alacaq.

Apasport.az saytı xəbər verir ki, tərəflər arasındakı razılaşmaya görə klub futbolçuya 90 milyon avro ödəyəcək.

Mbappenin PSJ-dəki vəziyyətdən narazı olduğu bildirilir. O, xüsusilə klubun transfer siyasətini bəyənmir. Bundan başqa, komanda rəhbərliyi ona vəd etdiyi bonusları ödəməyib. Əgər yayda arzulanan transferləri həyata keçirməsə Mbappenin klubdan getməsi mümkündür.

Qeyd edək ki, Fransa yığmasının üzvü bu mövsümdə 41 oyunda 40 qol vurub.
 

0